üz ağlığı

an object of pride / a matter of honour предмет гордости / дело чести
üz ağartmamaq
üz bozartmaq
OBASTAN VİKİ
Üz siniri
Üz siniri —
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
İki tərəfli üz
İki tərəfli üz — patologiyada "Craniophagus Parasiticus" adlanır. Belə hallarda bir bədəndə iki siam əkizlərinin kəllə qutusu bitişməyə başlayır. 1896-cı ildə nəşr olunan "Tibbin anomaliyalari və qeyri-adilikləri" kitabında maraqlı hadisə qeyd olunub. Belə ki, Edvard Mordreyk adlı şəxs iki üzlə anadan olub. O, İngiltərənin imkanlı ailəsinin varisi olub. Bütün tanışlar onun haqqında müsbət fikirdə idilər. Onu görənlər ön tərəfdən üzünün çox yaraşıqlı olduğunu deyirdilər. Ancaq başının arxa hissəsində yerləşən üzü əksinə çox çirkin olub. Onun dediyinə görə gecələr ikinci üzü ona iblisyana sözlər pıçıldayırmış. Hətta onun ön üzü güləndə arxa üzünün kədərləndiyi halları da olub.
Çapıqlı üz (film, 1983)
Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houksun 1932-ci ildə çəkdiyi eyniadlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
Anarla üz-üzə (film, 1989)
Anarla üz-üzə filmi rejissorlar Ramiz Həsənoğlu və Rəis İsmayılov tərəfindən 1989-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub. == Məzmun == Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub.
Vulkanla üz-üzə (film, 2001)
Film Azərbaycan ərazisində, xüsusilə Qobustanda palçıq vulkanları və onların lavalarının müalicəvi əhəmiyyəti haqqındadır. Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.
Vəhşi Təbiətə Üz tutan Fərdiyyəçilər
Vəhşi təbiətə Üz tutan Fərdiyyəçilər ya da Vəhşiliyə Yönələn Fərdiyyəçilər (isp. Individualistas Tendiendo a lo Salvaje, ITS) 2011-ci ildə Meksikada ortaya çıxan, özünü eko-ekstremist olaraq adlandıran bir eko-terror təşkilatıdır. Meksika hökumət orqanları tərəfindən bəzi şiddətli aktlar bu təşkilatla əlaqələndirilsə də, qrup tərəfindən törədilən hücumların çoxu istintaq araşdırmalarının ardından inkar edilmiş və başqa qruplara və ya terrorizm hesab olunmayan cinayətlərə aid edilmişdir. 3 fevral 2016-cı il tarixində ITS Eko-ekstremist Lənət (ispanca: Maldición Eco-extremista) adlı bloqda bir bəyanat dərc etdi. Yazıda o, özünü "eko-ekstremist" adlandıraraq, elmi və texnoloji tərəqqini ekosistemlərin təxribatına və özünü təbiətdən uzaqlaşdıran bir sivilizasiyanın inkişafına görə məsuliyyət daşımaqda ittiham edirdi. Alçalma prosesi kimi gördükləri texnoloji tərəqqini geri qaytarmaq üçün onlar cavabdeh olaraq təyin etdikləri şəxslərə qarşı peşmançılıq çəkmədən şiddətli hərəkətlər edəcəklərini açıqladılar. Qrup Meksikanın müxtəlif universitet mərkəzlərində nanotexnologiya və digər əlaqəli elmlərin tədrisinə özünü həsr etmiş universitet müəllimlərinə məktub bombaları göndərərək 2011-ci ildə terror fəaliyyətinə başladığını bəyan edirdi. Bu ilk hərəkətlərin metodologiyası qrupun əsas ilham mənbəyi olan Ted Kazinski'ninkinə bənzəyirdi. Bununla belə, digər neo-luddist və ya anarxo-primitivist qruplar tənqidi fikirdədirlər və görünür, Kazinskinin özü ilə əlaqə saxlamağa başlayıblar, o, 2012-ci ilin əvvəlində inqilabi hərəkətlərə dair sadəlövh təklifinə və tarix boyu ictimai hərəkatların lal təhlilinə görə İTS-ə qarşı sərt məktub yazmışdı. 2014-cü ildə ITS yeni mərhələ elan etdi və onlarla eko-anarxist qrupla Vəhşi Reaksiya (ispanca.
Azərbaycan faşizmlə üz-üzə (film, 2005)